Ermənilər sosial şəbəkələrdə Azərbaycan əsgərinə heç bir aidiyyəti olmayan saxta videolar paylaşır - MN

16:48 15.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır:

“Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə riayət edərək hərəkət edir”.